Messi 31 milyon maaş alır, indi də deyir ki…

17 Oktyabr 2020 09:14 İspaniya 2 399
Messi 31 milyon maaş alır, indi də deyir ki…

“Barselona”nın ulduzu Lionel Messi pandemiyanın yaratdığı problemlər barədə danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu koronavirusa görə xeyli insanın zəruri tələbatı ödəməkdə çətinlik çəkdiyini deyib.

O, cəmiyyətdə sosial bərabərsizliyin hökm sürdüyünü bildirib:

“Koronavirus pandemiyası zamanı insanların zəruri tələbatını ödəyəcək məsələlərə həssas yanaşmaq lazımdır. Onların su, qaz, elektrik təminatı dayandırılmamalıdır. O cümlədən, təhsil də nəzərə alınmalıdır. Təhsil gənclərin inkişafının təməlidir.

Bərabərsizlik cəmiyyətin ən böyük problemidir. Bunu mümkün qədər tez həll etmək lazımdır. Əgər reallıq barədə məlumatsızsansa, onda kiminsə fikri əhəmiyyətsiz görünür. Bu, sakitlikdəki səs-küyə bənzəyir”.

Messinin “Barselona”da illik məvacibi 31 milyon avrodur. Onun sponsor və reklamlar da nəzərə alınsa, illik gəliri 100 milyon avroya yaxındır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı