İspaniya millisinin hücumçusu "Qarabağ"ı buraxır

16 Oktyabr 2020 23:40 İspaniya 912
İspaniya millisinin hücumçusu "Qarabağ"ı buraxır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal"ın heyətlə bağlı problemləri var.

Sportinfo.az xəbər verir ki, komandanın hücumçusu Jerar Morenonun bu ayın sonuna qədər oynamayacağı dəqiqləşib.

Yığmanın heyətində sol ayaq budundan xəsarət alan forvard tibbi müayinədən keçib və azı 2 həftə meydana çıxa bilməyəcəyi bəlli olub. Bu isə o deməkdi ki, 28 yaşlı forvard Avropa Liqasında ilk iki görüşü buraxmalı olacaq.

Morenodan əlavə Pervis Estupinyan və Sofyen Şaklanın vəziyyəti isə naməlumdu. Ekvador yığmasının heyətində zədələnən Estupinyanın durumuna bu gün aydınlıq gələcək. Koronavirusa yoluxan Şakla isə Mərakeşdə karantinə alınıb.

Qrup mərhələsinin II turunda, 29 oktyabrda keçiriləcək "Qarabağ" - "Vilyarreal" qarşılaşması saat 21:55-də başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti