"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən "Vilyarreal"ın zədəli futbolçusu Pervis Estupinyanın durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, millinin düşərgəsində zədələnən ekvadorlu müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu isə o deməkdir ki, 22 yaşlı oyunçu Avropa Liqasının I qrupunun 2-ci turunda Ağdam klubuna qarşı matçı buraxacaq.
Oktyabrın 29-da keçiriləcək "Qarabağ" - "Vilyarreal" görüşü saat 21:55-də start götürəcək. Azərbaycan çempionu ilk turda isə İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq.

