“Barselona”nın maaş vermək uçun pulu yoxdur

15 Oktyabr 2020 20:10 İspaniya 512
“Barselona”nın maaş vermək uçun pulu yoxdur

İqtisadçı Mark Siria “Barselona”nın maliyyə durumu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Siria “Barsa”da maliyyə vəziyyətinin yaxşı olmadığını bildirib.

Ancaq o, buruma görə pandemiyanın yox, klub rəhbərliyinin günahkar olduğunu bildirib: “Rəhbərlik klub infrastrukturunu yaxşılaşdırmaq üçün “Espai Barça” layihəsi üçün 30 illik kredit götürüb.

Bunun sayəsində klub məvacibləri ödəmək üçün planlaşdırılan xərc limitini əhəmiyyətli dərəcədə böyütdü. Kluba borc verən “Goldman Sachs” bankı bunun məqbul olduğuna inanır. Çünki 3-4 faizini alır və “Barselona” vəsaiti ödəməsə, qapını döyə bilərlər.

Bəs borcun ödənilməsi neçə rəsmiləşdiriləcək? Aktivlərlə, yoxsa stadionla? İdarə Heyəti müəyyən addımlar atmalıdır. Düşünürəm ki, bu vəsaitlə “Espai Barça” layihəsini inkişaf etdirmək mümkün olmayacaq. Bunun üçün başqa maliyyə mənbələri lazım olacaq.

“Barselona”nın maliyyə durumu ilə pandemiyanın əlaqəsi varmı? Bu, klub rəhbərliyinin böyük yalanıdır. Koronavirus meydana gəlməzdən əvvəl klubun borcları 740 milyon avro idisə, indi 820 milyon avroya çatıb.

Əsas problem bunun qısa müddətli borc olmasıdır və bu, koronavirusun günahı deyil. Qısa müddətdə ödəniləcək borc 77% -dir. Bu o deməkdir ki, artıq klubun maaş vermək üçün pulu yoxdur. Deməli, borc artımı “Espai Barça” layihəsinə görə yox, gündəlik ödənişlərdən qaynaqlanıb”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"