“Barsa”nın problemlər barədə 5-6 saat danışa bilərəm"

13 Oktyabr 2020 15:32 İspaniya 644
“Barsa”nın problemlər barədə 5-6 saat danışa bilərəm"

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets komandadakı problemlər barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Buskets ötən mövsümün olduqca ağır keçdiyini deyib.

O. komandada xeyli problemlərin olduğunu da etiraf edib: “Barsa” üçün yaxşı vaxt deyildi. Əgər problemlər barədə detallı danışmalı olsam, buna 5-6 saat vaxt sərf etməli olaram.

Bizim üçün yaxşı il olmadı. Problemlər həm fərdi, həm də kollektiv idi. Futbol komanda oyunudur. İndi qarşımızda yeni imkanlar var. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti