"Messinin evinə getdim, ona dedim ki, bu, biabırçılıqdır"

13 Oktyabr 2020 10:38 İspaniya 729
"Messinin evinə getdim, ona dedim ki, bu, biabırçılıqdır"

“Barselona”nın baş məşqçisi Ronald Kuman Suaresin komandanı tərk etməsi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Kuman Suareslə söhbət etdiyini ildirib.

O, məsələ ilə bağlı Messi ilə də danışıb: “Suaresə dedim ki, sən komandada qalıb özünün göstərə və mənim haqsız olduğumu sübut edə bilərsən. Mən ona yaxşı münasibət göstərirdim.

Amma klub hesab edirdi ki, bizə gəncləşmək lazımdır. İndi Fati oynayır. Bizdə Pedri də çıxış edir, onun da 17 yaşı var.

Messi ilə situasiyanı müzakirə etdim. Onda dedim ki, sənin məyus olduğunu bilirəm və hesab edirsən ki, belə addım biabırçılıqdır. Ancaq bu, klubun seçimidir.

“Barselona” ilə müqavilə bağlayandan dərhal sonra Leo ilə əlaqə saxladım. Onun evində getdim. Gördüm ki, Messi narazıdır. Ancaq son anda qalmağa üstünlük verdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti