Əlbəttə, mən "Real"da qalmaq istəyirəm, amma..."

13 Oktyabr 2020 09:56 İspaniya 764
Əlbəttə, mən "Real"da qalmaq istəyirəm, amma..."

Luka Modriç "Real"dakı gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Madrid klubunda qalmaq istədiyini söyləyib:

"Əlbəttə, "Real"da qalmaq istəyirəm. Amma müəyyən bir yaşa gəldiyimin də fərqindəyəm. Komandanın vacib hissəsi olduğum müddətcə burda qalmağı düşünürəm.

Bunun əksi olduqda isə yeni macəralar axtarmağa başlayacam. Anaq hələlik bu mövzular gündəmimizdə deyil. Özüm üçün hər hansı sərhəd müəyyənləşdirməmişəm".

Modriçin "Real"la müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı müzakirələrə başlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM