"Ona demişdim ki: sənin haqda yanıldığımı sübut etməlisən"

12 Oktyabr 2020 13:40 İspaniya 707
"Ona demişdim ki: sənin haqda yanıldığımı sübut etməlisən"

"Barselona"nın baş məşqçisi Ronald Kuman maraqlı açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Goal" nəşrinə verdiyi müsahibədə Luis Suarezin komandadan getməsinin səbəbini açıqlayıb.

Onun sözlərinə görə komandanın daha cavan oyunçulara etimad göstərməsi zəruri idi: "Suarez məşqlərdə özünü yaxşı göstərirdi və öz üzərində çalışırdı. Nəhayət, getmə qərarını verdi.

Ancaq mən ona demişdim ki: "Əgər klubda qalsan, yenə heyətin əsas üzvü olacaqsan. Mənə sənin haqda yanıldığımı sübut etməlisən". Suarezin qərarına hörmət edirəm. "Barselona"nın cavanlaşmağa ehtiyacı vardı"

Luis Suarez "Barselona"dan "Atletiko" (Madrid) komandasına keçid edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti