Dekabrın sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq

11 Oktyabr 2020 12:00 İspaniya 692
Dekabrın sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq

“Atletiko”nun futbolçusu Şime Vrsalko ən az dekabr ayının sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi sol dizindən 3-cü dəfə əməliyyat olunub.

Buna görə də xorvatiyalı oyunçu ən az 2 ay komandasına kömək edə bilməyəcək.

Vrsalkonun 2019-ci ilin yanvar ayından- “İnter”də icarə əsasında çıxış etdiyi vaxtlardan dizində problemlər yaranıb. O, bu səbədən son 1 il 9 ayda cəmi 7 matçda iştirak edib.

Ş.Vrsalko “Atletiko”ya 2016-cı ildə “Sassuolo”dan keçib. Oyunçu Xorvatiya millisinin də üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM