"Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var"

11 Oktyabr 2020 01:52 İspaniya 641
"Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var"

“Barselona”nın baş məşqçisi Ronald Kuman niyə məhz 4-2-3-1 taktiki sxeminə üstünlük verdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, onun fikirlərini AS agentliyi dərc edib.

“Baş məşqçi mənəm və nəzərdə tutduğum sistemim var. Heyətimizdə vinger yoxdursa, niyə geniş cinahlarla oynayaq? Fikrimcə, 4-2-3-1 oyunçuların keyfiyyətlərini nəzərə alaraq, bu, komandamız üçün ideal formadır”, - deyə niderlandlı mütəxəssis qeyd edib.

“Komandada vəziyyət qaydasındadır, sahib olduğumuz heyətdən məmnunam. Biz onu yaxşılaşdırmağa çalışdıq, amma çox şey klubun maddi vəziyyətindən asılıdır. Bunu qəbul etməli və çox çalışmalıyıq”, - deyə R. Kuman fikrini tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti