“Messi hesab edir ki, məni klubdan çölə atıblar”

10 Oktyabr 2020 10:24 İspaniya 1 039
“Messi hesab edir ki, məni klubdan çölə atıblar”

“Barselona”nın sabiq futbolçusu Luis Suares komandadan gedişi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, hazırda “Atletiko”da oynayan Suares Lionel Messinin onun gedişinə münasibəti barədə danışıb.

O, buna görə Messinin əzab çəkdiyini vurğulayıb: “Mənim gedişimə Messinin reaksiyasına təəccüblənmədim. Çünki onu çox yaxşı tanıyıram. Yaxşı bilirəm ki, o da əzab çəkir, eynən mənim kimi.

O hesab edir ki, məni klubdan çölə atıblar. “Barsa”da keçirdiyim 6 ilin belə yekunlaşması Leonu narahat etdi.

Ailəm istəyirdi ki, mən xoşbəxt olum. “Barsa”da qəribə işlər baş verir. Məsələn, əgər növbəti oyunda meydana çıxmayacaqsansa, onda ayrıca məşq etməli olacaqsan.

Bütün bunlara görə pis olurdum. Ailəm bu durumu görüb, mənim yeni çağırışa ehtiyacımı n olduğunu qəbul etdi. Ona görə də “Atletiko” maraq göstərəndə, bir saniyə də düşünmədim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti