İspaniya klubları avrokubokdakı matçlarını azarkeşsiz keçirəcək.
Sportinfo.az "Marca" nəşrinə istinadən xəbər verir ki, hökumət bu barədə UEFA-ya məktub göndərib.
Bildirilib ki, ilin sonuna qədər stadionlarda azarekeşlər olmayacaq.
Çempionlar Liqasında İspaniyanı "Real Madrid", "Barselona". "Sevilya" və "Atletiko", Avropa Liqasında isə "Qranada", "Real Sosyedad" və "Qarabağ"la birlikdə I qrupunda yer alan "Vilyarreal" təmsil edir.
"Qarabağ" “Vilyarreal”la ilk oyununu oktyabrın 29-da evdə, təkrar qarşılaşmasını isə dekabrın 10-da səfərdə keçirəcək.
UEFA-nın qərarına əsasən, fanatlar tribunaların tutumunun 30 faizini doldura bilərlər. Lakin bununla bağlı son qərarın yerli hakimiyyət orqanları tərəfindən veriləcəyi bildirilib.

