Messi qışda "Mançester Siti"yə keçəcək?

8 Oktyabr 2020 17:10 İspaniya 851
Messi qışda "Mançester Siti"yə keçəcək?

"Barselona"nın kapitanı Lionel Messinin "Mançester Siti"yə keçidi qışda gerçəkləşə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb hazırda Kataloniya təmsilçisində hökm sürən maliyyə problemidir.

Böhrandan çıxmağa çalışan rəhbərlik oyunçular və işçilərlə maaşların azaldılması üçün danışıqları davam etdirir. Yenli qanunvericiliyə əsasən, bu baş verərsə, futbolçular 2021-ci ilin yanvarından müqavilələrini birtərəfli qaydada pozmaq hüququ əldə edəcəklər.

İddiaya görə, yay transfer pəncərəsində "şəhərlilər"lə anlaşan Messi yaranmış vəziyyətdən istifadə edib "Dumanlı Albion"a köçə bilər. 33 yaşlı forvard 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM