Modriçin "Real" sevgisi

8 Oktyabr 2020 13:40 İspaniya 1 098
Modriçin "Real" sevgisi

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunda oynamağa davam etmək istəyir.

Sportinfo.az"Marca"ya istinadən xəbər verir, xorvat yarımmüdafiəçi 2021-ci il bitəcək müqaviləsinin yenilənməsində israrlıdır. Bunun üçün 35 yaşlı oyunçunun maaşın azaldılmasına razı olduğu vurğulanıb.

Bildirilib ki, Modriç və ailəsi Madriddə yaşamaqdan məmnundurlar. Oyunçu eyni zamanda "Real"da hələ də ən yüksək səviyyədə çıxış edə biləcəyinə inanır.

Qeyd edək ki, Modriç "Real"da 9-cu mövsümünü keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM