“Barselona”da yeni “9”

8 Oktyabr 2020 00:20 İspaniya 996
“Barselona”da yeni “9”

“Barselona” 2020/21 mövsümündə futbolçuların çıxış edəcəyi forma nömrələrini təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Siyahıda komandanın yeni “9” nömrəsinin kimliyi də göstərilib. Belə ki, bir müddət öncə Madrid “Atletiko”suna transfer olunan uruqvaylı hücumçu Luis Suaresə məxsus olan “9” nömrəni formanı bundan sonra danimarkalı hücumçu Martin Breytveyt daşıyacaq.

29 yaşlı futbolçu bundan əvvəl 19 nömrəli forma altında çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti