"Xahiş edirik, maaşınızın azaldılmasına razılaşın" - "Barselona"

6 Oktyabr 2020 17:38 İspaniya 740
"Xahiş edirik, maaşınızın azaldılmasına razılaşın" -

"Barselona" ciddi maliyyə çətinlikləri ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, ispanlar başa çatan maliyyə ili üzrə 97 milyon avro məbləğində zərər qeydə alıblar. Klubun rəhbərliyi əmindir ki, vəziyyət yaxşı olmayacaq.

Ciddi çətinliklərdən qaçmaq üçün, "Barselona" rəhbərliyi futbolçulardan əmək haqlarının azaldılması ilə razılaşmağı xahiş edib. Danışıqlar "qeyri-formal” əlaqələrin köməyi ilə aparılır.

Həmçinin klubda bir çox çox oyunçuların müqavilələrinin müddətinin uzadılması üzərində işləyirlər.

Daha əvvəl məlum olub ki, 2019-cu il ərzində futbolçuların maaş xərcləri 545 milyon avro təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!