"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə etdi, liderliyə yüksəldi

4 Oktyabr 2020 12:20 İspaniya 626
"Qarabağ"ın rəqibi "Atletiko" ilə heç-heçə etdi, liderliyə yüksəldi

İspaniya La Liqasında 5-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Valyadolid” “Eybar”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal” 5-ci tur çərçivəsində “Atletiko” səfərinə yollanıb. Bu matçda qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xalını 8-ə çatdıran "Vilyarreal" (5 oyun) turnir cədvəlində liderliyə yüksəlib.

“Elçe” – “Hueska” görüşü də qolsuz bitib. “Real Sosyedad” evdə “Xetafe”ni darmadağın edib. “Valensiya” isə doğma meydanda “Betis”ə uduzub.

Valyadolid – Eybar 1:2

Qol: Toni, 37 – Burqos, 29-pen. K.Rodriqes, 90.

Atletiko – Vilyarreal 0:0

Elçe – Hueska 0:0

Real Sosyedad – Xetafe 3:0

Qol: Oyarzabal, 28. Merino, 79. Portu, 81.

Valensiya – Betis 0:2

Qol: Kanales, 19. Telyo, 74.

4 oktyabr

14:00 Osasuna – Selta

16:00 Alaves – Atletik

18:00 Levante – Real

20:30 Kadis – Qranada

23:00 Barselona – Sevilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti