"Barselona”nın yeni transferi Serjinyo Dest forma nömrəsi seçimini edib.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Kataloniya klubunda “2” nömrəli forma ilə çıxış edəcək.
Bunadək 2 nömrəli formanı Nelson Semedo geyinirdi. Onun karyerasını başqa komandada davam etdirməsi gözlənilir.
Dest La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. ABŞ yığmasının üzvü Niderlandın “Ayaks” klubundan 26 milyon avroya transfer olunub.

