"Qarabağ"ın ispan rəqibi fransalı hücumçu transfer etdi

2 Oktyabr 2020 21:20 İspaniya 831
"Qarabağ"ın ispan rəqibi fransalı hücumçu transfer etdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, İspaniya təmsilçisi Fransa "Şatoru"sunun futbolçusu Haissem Hassanı transferini tamamlayıb.

18 yaşlı fransalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

"Qarabağ" I qrupunda "Vilyarreal"la yanaşı, Türkiyə "Sivasspor"u və İsrail "Makkabi"si ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!