"Barselona" Messini ən azı 223 milyon avroya satmağa hazırdır

27 Avqust 2020 16:00 İspaniya 836
"Barselona" Messini ən azı 223 milyon avroya satmağa hazırdır

"Barselona" rəhbərliyi futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.

Sportinfo.az xəbər verir ki, buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir.

Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.

Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq.

Futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti