38 yaşlı hücumçu aldılar

26 Avqust 2020 01:52 İspaniya 1 002
38 yaşlı hücumçu aldılar

"Qranada” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Xetafe”dən ayrılan təcrübəli hücumçu Xorxe Molinanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı ispan forvardla 2 illik müqavilə imzalanıb.

Daha öncə İspaniyada “Alkoyano”, “Benidorm”, “Qandiya”, “Poli Exido”, “Elçe” və “Betis”in də formalarını geyinmiş Molina, 2016-cı ildən “Xetafe”də çıxış edirdi. Təcrübəli futbolçu geridə qalan mövsümdə “Xetafe”nin heyətində meydana çıxdığı 42 oyunda 7 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti