"Barselona" Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi

26 Avqust 2020 01:24 İspaniya 914
"Barselona" Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi

"Barselona" komandanın kapitanı Lionel Messinin buradan ayrılmağa qərar verdiyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu bu barədə rəhbərliyə məlumat verib.

Bildirilib ki, 33 yaşlı hücumçu müqaviləsindəki xüsusi bənddən istifadə edərək sözləşməsini birtərəfli şəkildə pozmaq fikrindədir.

Amma "Barselona" təcrübəli oyunçunu heyətdə saxlamaq üçün bütün gücünü səfərbər etməyi planlaşdırır. Messi ilə İngiltərənin "Mançester Siti", "Mançester Yunayted" klubları, Fransa PSJ-si və İtaliya "İnter"i yaxından maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti