"Barselona" Lionel Messi ilə 700 milyon avroya vidalaşmağa hazırdır.
Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunu əldə etmək istəyən klub bu məbləği tam ödəməli olacaq.
33 yaşlı forvardla İtaliya "İnter"i, Fransa PSJ-si və İngiltərə təmsilçisi "Mançester Siti" maraqlanır.
Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub onu komandada saxlamaq niyyətindədir. Messi ötən mövsüm 44 oyuna 31 qol vurub və 24 məhsuldar ötürmə verib. "Transfermarkt.de" ulduz futbolçuya 112 milyon avro qiymət qoyub.

