“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Barselona” 19 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Qarsiya üçün rəsmi danışıqlara başlamağa hazır olan katalonlar, ona görə “şəhərlilər”ə 10 milyon avro təklif edib. İngilislər bu təklifdən imtina etsə, “Barselona” qışda futbolçuyla anlaşacaq və yayda – Qarsiyanın müqaviləsi başa çatanda keçidi rəsmiləşdirəcək.
“Barselona”nın yetirməsi olan ispan futbolçu 2017-ci ildən “Mançester Siti”nin müxtəlif yaş qruplarından ibarət komandalarında oynayıb. Onun klubla müqaviləsi növbəti ilin iyununda başa çatır.

