“Barselona”nın yeni transferində koronavirus aşkarlandı

24 Avqust 2020 00:14 İspaniya 794
“Barselona”nın yeni transferində koronavirus aşkarlandı

“Barselona”nın “Yuventus”dan transfer etdiyi yarımmüdafiəçisi Miralem Pyaniçdə koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə futbolçunun sağlıq durumunun yaxşı olduğu və evində karantinə alındığı diqqətə çatdırılıb. Bosniya və Herseqovina yığmasının üzvü ən azı 15 gün komandanın məşqlərinə qatılmayacaq.

"Barselona” 30 yaşlı futbolçunu 60 milyon avroya transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti