"Barselona"nın kapitanı Lionel Messi dünyanın 2-ci milyarder futbolçusu ola bilər.
Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunda qalacağı təqdirdə karyerası ərzində ümumi gəliri 1 milyard dollara çatacaq.
Daha əvvəl hazırda İtalliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldo 1 milyard qazanan ilk futbolçu kimi tarixə düşüb.
Portuqaliyalıdan başqa, dünyada gəliri bu qədər olan daha iki idmançı var. Bunlardan biri amerikalı qolfçu Tayqer Vuds, digər isə onun həmyerlisi, boksçu Floyd Meyvezerdir.

