Bu iki klub Messi ilə danışıqlara başladı – Atası vasitəsilə

21 Avqust 2020 20:20 İspaniya 2 568
Bu iki klub Messi ilə danışıqlara başladı – Atası vasitəsilə

“Barselona"nın kapitanı Lionel Messinin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu ilə iki klub maraqlanır.

Məlumata görə, PSJ və “İnter” Messinin atası ilə mütəmadı olaraq əlaqə saxlayırlar. Mənbə bildirir ki, ulduz futbolçunun həyat yoldaşının Parisdə bir çox dostları var.

Bu səbəbdən də Messinin PSJ-yə keçmə ehtimalının daha güclü olduğu vurğulanıb. İspaniya mətbuatı Messinin “Barselona”nın yeni baş məşqçisi Ronald Kumana ayrılmaq istədiyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti