"Mənə 100 faiz bura gəlməyimi məsləhət gördülər"

21 Avqust 2020 18:06 İspaniya 1 019
"Mənə 100 faiz bura gəlməyimi məsləhət gördülər"

“Ötən mövsüm yaxşı çıxış etmədik. Ancaq buna baxmayaraq, inkişf etmək istəyən bir komandamız var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Albasete”nin qapıçısı Bernabe Barraqan “aupaalba.es” saytına müsahibəsi zamanı deyib.

Azərbaycan millisinin futbolçu Eddi İsrafilovla birgə çıxış edən ispaniyalı oyunçu “Albasete”yə gəlməsində yığmamızın üzvü ilə məsləhətləşdiyini bildirib:

”Real Betis”də oynayanda ilk dəfə “Albasete”yə qarşı çıxış etmişdim. Həmin vaxt sationdan və azarkeşlərdən çox təsirləndim.

Daha sonra Eddi İsrafilov və Maikel Messa yüz faiz bura gəlməyimi məsləhət gördülər. Çox rahat və insanlarla dolu bir şəhərdə yaşadığımdan özümü xoşbəxt hiss edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti