"Barselona"dan yeni baş məşqçisi ilə 2 illik müqavilə

19 Avqust 2020 14:22 İspaniya 968
"Barselona"dan yeni baş məşqçisi ilə 2 illik müqavilə

"Barselona" yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda niderlandlı Ronald Kumana tapşırılıb.

57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyib.

"Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!