“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ

17 Avqust 2020 03:00 İspaniya 1 299
“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ

Sportinfo.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi postundan kənarlaşdırılıb.

Klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib ki, Kike Setyen işindən azad olunub.

61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər.

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya böyük hesabla uduzub - 2:8.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti