Messi “Barselona”dan ayrılmaq qərarına gəldi – SON XƏBƏR

15 Avqust 2020 17:10 İspaniya 2 152
Messi “Barselona”dan ayrılmaq qərarına gəldi – SON XƏBƏR

“Barselona”nın kapitanı Lionel Messi komandadan ayrılmaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu klub rəhbərliyindən narazıdır.

O, 2021-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. Argentinalı oyunçunun yalnız klubda ciddi dəyişikliklər ediləcəyi halda komandada qalacağı bildirilir.

Xəbərdə o da qeyd edilib ki, “İnter” 2021-ci ildə Messini transfer etmək niyyətindədir. İtaliya təmsilçisi bu keçidə görə 260 milyon avro xərcləməyə hazırdır və futbolçuya 4 illik müqavilə təklif etməyi planlaşdırır.

“Barselona” ötən gecə Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti