La Liqanın daha iki klubunda koronavirusa yoluxanlar var

15 Avqust 2020 09:42 İspaniya 802
La Liqanın daha iki klubunda koronavirusa yoluxanlar var

“Vilyarreal” və “Betis”də koronavirusa yoluxmalar qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal”da bir, “Betis”də isə iki nəfərin koronavirus testi müsbət nəticə verib. Onların futbolçu və ya klub işçisi olması açıqlanmır. Xəstəliyi simptomsuz və yüngül keçirən həmin şəxslər ev şəraitində karantinə alınıblar.

Son günlərdə “Barselona” və “Real” da başda olmaqla bir sıra İspaniya klublarında koronavirusa yoluxmalar qeydə alınmaqdadı.

Digər Xəbərlər
Xəbər Lenti