“Barselona”lı Belçika klubunda

14 Avqust 2020 01:52 İspaniya 773
“Barselona”lı Belçika klubunda

“Barselona”nın sabiq müdafiəçisis Adriano Korreyanın yeni iş yeri məlum olub.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu “Eupen” klubuna transfer olunub.

Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Adriano ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Eupen” Belçikanın Yupiler Liqasında mübarizə aparır. 2010-2016-cı illərdə “Barselona”nın formasını geyinən Adrianonun son klubu “Atletiko Paranaense” (Braziliya) olub.

Digər Xəbərlər
Xəbər Lenti