Emili transfer etdilər

12 Avqust 2020 02:00 İspaniya 1 031
Emili transfer etdilər

"Tottenhem” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Pyer-Emil Hoybyerqi transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.

2016-cı ildən “Sauthempton”da forma geyinən Hoybyerq Danimarka millisinin də üzvüdür. O, geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində 38 oyuna çıxıb.

“Tottenhem”in bu transfer üçün 15 milyon funt-sterlinqindən keçdiyi bildirilir. “Sauthempton” da “Tottenhem”in müdafiəçisi Kayl Uolker-Petersi transfer edib.

Sözügedən klub 23 yaşlı oyunçunu bu ilin yanvarında icarəyə götürmüşdü. Hoybyerq transferinin tərkib hissəsinə çevrilən Kayl “Sauthempton”la 5 illik müqaviləyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti