İspaniya klubu millimizin futbolçusunu gec buraxacaq

11 Avqust 2020 20:20 İspaniya 1 440
İspaniya klubu millimizin futbolçusunu gec buraxacaq

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" sabah yenidən bir araya gələcək.

Sportinfo.az xəbər verir ki, Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək.

İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq.

"Albasete" 2019/2020 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti