Messi xəbərdarlıq etdi: "Dəyişiklik olmasa, uda bilməyəcəyik"

8 Avqust 2020 15:04 İspaniya 996
Messi xəbərdarlıq etdi: "Dəyişiklik olmasa, uda bilməyəcəyik"

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab matçından öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu komandada dəyişiklik edilməli olduğunu düşünür:

"Bir müddət əvvəl demişdim ki, keçən mövsümdəki kimi çıxış etsək, Çempionlar Liqasını qazanmaq bizim üçün çətin olacaq. İspaniya çempionu olmağa belə gücümüz çatmadı. Heç bir reaksiya verməsək, dəyişikliklər etməsək, "Napoli"ni məğlub edə bilməyəcəyik".

Komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu isə bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da