"Messi "Barselona"dadır və burada qalmaq istəyir"

7 Avqust 2020 23:00 İspaniya 693
"Messi "Barselona"dadır və burada qalmaq istəyir"

"Bunu yalnız mən demirəm, Messi özü də karyerasını "Barselona"da bitirmək istədiyini söyləyib".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Bartomeu deyib.

O, L.Messinin Kataloniya klubunda qalmaq istədiyini bildirib: "Heç şübhə etmirəm ki, o, 3-4 il sonra futbolçu karyerasını bitirəndə "Barselona"da olacaq.

Messi bunu aydın şəkildə söyləyib. O, uşaqlıqdan bəri buradadır. Messi "Barselona"nın tarixinin bir hissəsi, ən yaxşı oyunçusudur. Messi "Barselona"dadır və burada qalmaq istəyir".

Digər Xəbərlər
Xəbər Lenti