"Barsa" Türkiyə millisinin üzvü üçün 40 milyon ödəməyə hazırdır

7 Avqust 2020 11:06 İspaniya 864
"Barsa" Türkiyə millisinin üzvü üçün 40 milyon ödəməyə hazırdır

"Lester Siti"nin müdafiəçisi Çağlar Söyüncü karyerasını "Barselona"da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, katalonlar bu keçid üçün 40 milyon avro təzminat ödəməyə hazırdır.

Klublar anlaşsa, türkiyəli futbolçu ilə 5 illik müqavilə imzalanacaq. 24 yaşlı oyunçu 2016-cı ildə "Altınordu"dan Almaniyanın "Frayburq" klubuna 2,6 milyon avro qarşılığında transfer olub.

İki mövsüm sonra "Lester Siti" mərkəz müdafiəçisini 21 milyon avroya heyətinə qatıb. Türkiyə millisinin üzvü ötən mövsüm "tülkülər"də keçirdiyi 42 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti