Dembele "Napoli" matçında meydanda olacaq?

7 Avqust 2020 00:28 İspaniya 764
Dembele "Napoli" matçında meydanda olacaq?

“Barselona"nın hücumçusu Osman Dembele komanda ilə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, noyabrdan oynamayan futbolçu “Napoli”yə qarşı çıxış edə bilər.

Kataloniya klubunun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu bərpa prossesini yekunlaşdırıb. Onun İtaliya klubuna qarşı forma geyinməsi gözlənilir.

Fransalı hücumçu ötən mövsüm cəmi 5 oyunda çıxış edib. “Barselona” – “Napoli” matçı avqustun 8-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!