"Tərəddüd etmədən deyə bilərəm ki..." - GETDİ

5 Avqust 2020 00:28 İspaniya 575
"Tərəddüd etmədən deyə bilərəm ki..." - GETDİ

İspaniya millisinin və "Real "ın sabiq qaolçlsl İker Kasilyas peşəkar karyerasına son qoyub.

Sportinfo.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper yazıb.

2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb.

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti