"PSJ Neymarı satmaq istəmi" - "Barselona"dan açıqlama

3 Avqust 2020 09:42 İspaniya 779
"PSJ Neymarı satmaq istəmi" - "Barselona"dan açıqlama

"Barselona"nın prezidenti Jozep Bartomeu PSJ-nin futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, mövcud vəziyyətdə braziliyalı hücumçunun transferinin mümkünsüz olduğunu deyib:

"PSJ də onu satmaq istəmir. Çünki o, dünyanın ən yaxşı futbolçularından biridir. Ötən yay Neymarla müqavilə imzalamaq üçün çox çalışdıq, amma bu yay belə cəhd etməyəcəyik. Çünki mövcud maliyyə vəziyyətlərinə uyğun hərəkət etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti