"Real"da ehtiyatda qalmağa razdır, getməyə yox - Qaret Beyl

1 Avqust 2020 15:32 İspaniya 743
"Real"da ehtiyatda qalmağa razdır, getməyə yox - Qaret Beyl

“Real"ın ulduzu Qaret Beyl gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo..az xəbər verir ki, 31 yaşlı oyunçu növbəti mövsüm də Madrid klubunda qalmaq istədiyini bildirib.

Məlumata görə, Beyl bu barədə Uels millsinin baş məşqçisi Rayan Qiqqzə məlumat verib. O, davamlı oynamamasının yığmaya çağırılmasına təsir etsə belə, “Real”dan ayrılmaq fikirində olmadığını vurğulayıb.

Bununla yanaşı, 31 yaşlı yarımmüdafiəçinin agenti Yonatan Barnett də Qaretin komandada qalacağını açıqlayıb.

Beyl 2019/20 mövsümündə “Real”da 20 oyun keçirib və üç qol vurub. İspaniya mətbuatı onun baş məşqçi Zinəddin Zidanın gələcək planlarına daxil olmadığını yazır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"