"Real"ın hücumçusu: "Tezliklə normal həyata qayıdacam"

29 İyul 2020 13:40 İspaniya 596
"Real"ın hücumçusu: "Tezliklə normal həyata qayıdacam"

Koronavirus testi mübət çıxan "Real"ın hücumçusu Mariano Dias səhhəti ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, futbolçu “instagram” hesabından durumunun yaxşı olduğunu açıqlayıb:

"Mesajlarınız və dəstəyiniz üçün çox təşəkkür edirəm. Mən də, ailəm də yaxşıdır. Evdə karantindəyəm və ümid edirəm ki, tezliklə normal həyata qayıdıb komanda yoldaşlarımın yanında olacam. Hər kəsə təşəkkür edirəm”.

Avqustun 7-də “Real” Çempionlar Liqasının dörddəbir final mərhələsində "Mançester Siti" ilə qarşılaşacaq. İlk görüşdə Madrid klubu 1:2 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti