Qızı deyir ki, komanda bizimdir, nə istəyiriksə, özümüz bilərik

3 İyul 2020 13:54 İspaniya 1 281
Qızı deyir ki, komanda bizimdir, nə istəyiriksə, özümüz bilərik

“Valensiya”nın uğursuz çıxışı azarkeşlərin etirazına səbəb olub.

Sportinfo.az xəbər verir ki, fanatlar sosial şəbəkələrdə klub rəhbərliyini sərt tənqid edirlər.

“Valensiya”nın prezidenti Piter Limin qızı Kim Lim azarkeşlərin etirazına sərt reaksiya göstərib. O, sosial şəbəkədə belə yazıb:

“Valensiya”nı n bəzi azarkeşləri məni və ailəmi hədələyir, söyür, təhqir edirlər. Onlar başa düşmürlər ki, bu, bizim klubumuzdur? Bu klubla nə istəyiriksə, onu da edə bilərik”.

Böyük ehtimalla, klub prezidenti qızının bu fikirlərindən sonra üzr istəməli olacaq. “Valensiya” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti