"Qarabağ"ın məşqçisi "Valensiya"da - FOTO

3 İyul 2020 12:02 İspaniya 981
"Qarabağ"ın məşqçisi "Valensiya"da - FOTO

"Qarabağ"ın sabiq məşqçisi Ruben Selles ölkəsi İspaniyaya qayıdıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı mütəxəssis doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq.

O, "Valensiya" Akademiyasında fəaliyyət göstərəcək. Akademiyanın strukturunda ciddi dəyişikliklər edən "yarasalar"da təyinatlardan biri də Selles olub. O, 2020/21 mövsümündə akademiyanın "Yuvenil B" komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.

Ruben Selles 2015-2017-ci illərdə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın "Orxus" klubundan yenicə ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti