"Barselona" baş məşqçisini nə vaxt qovacaq?

2 İyul 2020 15:32 İspaniya 626
"Barselona" baş məşqçisini nə vaxt qovacaq?

"Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı teleyi qeyri-müəyyəndir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları da 61 yaşlı mütəxəssisə dəstək olmur.

Setyenin köməkçisi Eder Sarabiyanın davranışı oyunçular və məşqçilər heyəti arasında məsafə yaradıb.

"Barselona"da baş məşqçinin gələcəyi təhlükə altındadır və yaxın günlərdə onunla bağlı qərar verilə bilər. Bu, La Liqa matçlarındakı nəticələrdən asılıdır.

"Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti