”Ciddi deyirəm, qardaşıma görə ağlamaq istəyirəm”

1 İyul 2020 16:42 İspaniya 785
”Ciddi deyirəm, qardaşıma görə ağlamaq istəyirəm”

Antuan Qrizmanın qardaşı Teo Qrizman qardaşının “Barselona”dakı durumu barədə yazıb.

Sportinfo.az xəbər verir ki, Teo qardaşının meydana az çıxmasından narazı olduğunu bildirib.

O, “Atletiko” ilə oyundan (2:2) sonra “Tvitter”də belə yazıb: “Cəmisi 2 dəqiqə. Ciddi deyirəm, ağlamaq istəyirəm”.

Ancaq Teo bir müddətdən sonra bu tviti silməli olub. Qrizman xcari mövsümdə İspaniya çempionatında 32 oyunda meydana çıxıb, 8 qol vurub, 5 qol ötürməsi edib.

“Barselona” 32 turdan sonra 70 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Lider “Real” isə 31 oyundan 71 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti