"Bu, rüsvayçılıqdır!"

1 İyul 2020 12:30 İspaniya 1 097
"Bu, rüsvayçılıqdır!"

"Komandamdan məmnunam. Bəli, bu gün qələbə qazana bilmədik, amma oyunu yaxşı nəzarətdə saxladıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İspaniyanın "Barselona" komandasının baş məşqçisi Kike Styen La Liqanın XXXIII turunda "Atletiko" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra deyib.

61 yaşlı mütəxəssis "Atletiko"ya qarşı oynamağın həmişə çətin olduğunu bildirib. Setyen rəqibi intizamlı komanda adlandırıb: "Futbolçularımın işindən məmnunam. Özümü təhlükə altında hiss etmirəm. Əlbəttə, bu, rüsvayçılıqdır, getdikcə çempionluqdan uzaqlaşırıq. Amma çalışmağa davam etməliyik".

"Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti