Azərbaycan millisinin futbolçusu üçün 90 avro vermək istəmədilər

30 İyun 2020 13:54 İspaniya 781
Azərbaycan millisinin futbolçusu üçün 90 avro vermək istəmədilər

"Albasete" Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün Apellyasiya Komitəsinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, klub 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVI turunda "Rasinq"lə matçdakı sarı vərəqəsinin ləğv olunmasını istəyib, lakin müraciət rədd edilib.

Klub 90 avro məbləğində cərimələnib. Bundan əlavə, "Albasete"nin baş məşqçisi Lukas Alkaras və futbolçu Dani Oyeda sarı vərəqə aldıqları üçün klubu eyni məbləğdə ziyana salıblar.

"Albasete" səfərdə "Rasinq"i 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti