Az olsun, saz olsun! - VİDEO

28 İyun 2020 13:20 İspaniya 715
Az olsun, saz olsun! - VİDEO

İspaniya 2-ci liqasında 36-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rasinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Albasete” hazırda 43 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!